012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Doğum şöbəsi

Oksigen Klinik Xəstəxanasında Doğum şöbəsi hamilələrin xidmətindədir. Hamiləliyə nOksigen.azəzarət və doğuşa yardım həyata keçirilən bu bölmə müasir avropa standartlarına uyğun tibbi avadanlıq və peşəkar tibbi heyətlə tam təmin olunmuşdur.

Şöbədə hamilələrə hamiləliyin gedişatı, dölün bətndaxili inkişafı haqqında məlumat verilir, hamiləlik dövründə gündəlik həyat rejiminin qurulması, lazımi qida maddələrinin qəbulu, istirahətin düzgün təşkil edilməsi və s. haqqında məsləhətlər verilir.

Hamiləliyin ilk vaxtlarından başlayaraq təcrübəli həkimlər tərəfindən körpənin bətndaxili inkişafına, qanın və sidiyin ümumi analizinə, hormonlara və bətndaxili infeksiyalara dinamik nəzarət olunur. Bu bətndaxili inkişafın hər hansı bir mərhələsində baş verən pozğunluğu vaxtında aşkar etməyə imkan verir. Dölün vəziyyətinin monitorinqi ən son model kardiotokoqraf , müasir və klassik mamalığın əsas prinsiplərindən istifadə etməklə aparılır.

Klinikamızda doğum şöbəsində "DATEX OHMEDA" kardiotokoqrafiya (KTG) apparatı mövcuddur. Bu apparat dölün bətndaxili ürək döyüntülərini təyin etmək ücün istifadə olunan müayinə metodudur. Dölün ürək döyüntüləri uşaqlıq əzələsinin yıgılmaları, dölün hərəkəti və eyni zamanda qıcıqların təsirindən aslıdır.
Müəyyən edilmişdir,ki dölün hipoksiyası zamanı da ürək fəaliyyəti dəyişilir.

Kardiotokoqrafiya vasitəsilə aşagıdakılar mümkündür:
  • Hamiləlik zamanı dölün ümumi vəziyyətinə nəzarət etmək
  • Hipoksiya, fetoplasentar çatmamazlıq və s. halları vaxtında aşkar etməyə imkan verir
  • Dölyanı mayenin çox və ya az olması, bətndaxili infeksiyaları təyin etmək
  • Hamiləliyin pozulma təhlükəsi, ciftin vaxtından qabaq yetişməsi kimi hallarda hipoksiya, fetoplasentar çatmamazlıq və s. müşahidə edilir.
  • Aparılan terapiyanın effektinin qiymətləndirilməsi.
  • Doğuşun gedişatını proqnozlaşdırmaq və doğuşun aparılmasında ən optimal variantı seçmək.
Hazırda bütün hamilə qadınlara hamiləliyin üçüncü trimestrində skrininq kardiotokoqrafiyadan keçmək məsləhət görülür. Oksigen Klinik Xəstəxanasında Rəngli - Dopler exokardioqrafiya ilə birlikdə kardiotokoqrafik müayinə bütün hamilə qadınlara tövsiyə edilir.

Klinikamızda Doğum şöbəsində hamilələr təbii dogum və göstəriş olarsa Kesar əməliyyatı Oksigen.azilə hamiləlikdən azad olurlar. Kinikamızda hər bir doğuş ən müasir standartlara cavab verən doğuş zalında aparılır. Doğuşda mama-ginekoloq, təcrübəli mamaça və neonatoloq iştirak edir. Hər bir pasiyent üçün fərdi olaraq sutkalıq tibb bacısı təyin eilir. Burada olduğunuz müddətdə bütün növ dərman preparatları, gigiyenik vasitələr, bir dəfəlik istifadə materialları ilə tam olaraq təmin olunursunuz. Bütün doğuş müddəti ərzində ananın və körpənin həyati vacib funksiyaları ən müasir tibbi avadanlıqların tam nəzarətində olur.


BÖLÜMÜN DOKTORLARI
Dr.Fərəh Əlizadə Doğum şöbəsi Dr.Gülnarə Ələkbərova Doğum şöbəsi Dr.Tənzilə Əliyeva Doğum şöbəsi