012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Endokrinologiya

Endokrinologiya tibbin endokrin orqanların quruluşu, funksiyası,endokrin sistem patologiyalarının müayinə və müalicəsini, profilaktikasını öyrənən sahəsidir.
Oksigen Klinik Xəstəxanasında bütün endokrin patologiyaların dəqiq diaqnostikası və müalicəsi həyata keçirilir:


Qalxanabənzər vəzinin xəstəlikləri:
  • Hipertireoz (Qalxababənzər vəzinin funksiyasının artması)
  • Hipotireoz (Qalxababənzər vəzinin funksiyasının azalması)
  • Düyünlü zob və tireod neoplaziyaları (İncə iynə aspirasyon biopsiyası -düyünlü zobda düyünə 21 və yaxud 22 nömrəli iynəsi olan 10 və ya 20 ml-lik şprislə inyeksiya olunub , oradan materilal sitologiyada baxdıqdan sonra xoşxassəli və yaxud bədxassəli düyün olduğuna qərar verilir, bu metodun üstünlüyü -xəstə boşuna əməliyyata göndərilmi
  • r)
  • Tireoditlər
  • Qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması

Qalxanabənz ərətrafı vəzilərin xəstəlikləri:

  • Hipoparatireoz
  • Hiperparatireoz
  • Osteoparoz (yaşlılarda sümük əriməsi)
  • Osteomalyasiya (gənc yaşlarda sümük əriməsi)
  • Renal osteodistrofiya (kəskin böyrək çatmamazlığı nəticəsində sümüklərdə lezyonların əmələ gəlməsi)

Mədəaltı vəzi xəstəlikləri:

  • 1-ci tip diabet (insulindən asılı olan)
  • 2-ci tip diabet (insulindən asılı olmayan)
  • Hestosyonal diabet (hamiləlik diabeti)
  • İnsulinə davamlılıq və ya metobolik sindrom

Böyrəküstü vəzi xəstəlikləri:

  • Adisson xəstəliyi (böyrəküstü vəzin qabıq maddəsinin xroniki çatmazlığı)
  • Kuşinq xəstəliyi
  • Konn sindromu (böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının həddən artıq ifrazı)
  • Feoxromositoma (böyrəküstü vəzin beyin maddəsinin hormonal fəal şişləri)

Hipofiz xəstəlikləri:

  • Hiperprolaktinemiya (prolaktin hormonunun normadan artıq ifrazı)
  • Akromeqaliya (boy hormonunun həddən artıq ifrazı nəticəsində üzdə, burunda, alında, ətraflarda və daxili orqanlarda böyümə)
  • Kuşinq sindromu (üzün ay şəklini alması, bel çevrəsində piy qatının artması, yüksək təzyiq, şəkər xəstəliy və s)
  • Şəkərsiz diabet (ADH hormonun qismən və ya tamamilə olmaması)

Yumurtalıqlarda baş verən hormonal pozğunluqlar:

  • Polikistozlar
  • Hirsutizm (qadınlarda kişi şəklində tüklənmə )
  • Endokrin sonsuzluq

Anoreksiya
(həddən artıq arıqlama)

Piylənmə xəstəliyi

Ginekomastiya (kişilərdə süd vəzinin həddən artıq böyüməsi)


Klinikamızda endokrinoloji xəstəliklərin dəqiq diaqnostikası üçün bütün müayinə üsulları vardır:
  • laborator diaqnostika ilə bütün hormon analizləri (T3, T4, sərbəst T3, sərbəst T4,TSH, ,tireoqlobulin, kortizol, DHEA-SO4, FSH, LH, estradiol, progesteron,prolaktin, testosteron, 17-OH-progesteron, HGH- somatotropin, AKTH, PTH, qanda qlükozanın təyini, C-peptidin təyini, insulin, şəkər yüklənməsi, qlikohemoqlobin)
  • endokrin orqanların USM-si
  • KT
  • rentgen müayinəsi
  • damarların doppleroqrafiyası
  • ixtisaslı həkim konsultasiyaları
  • incə iynə aspirasyon biopsiyası
  • histoloji və sitoloji müayinələr
BÖLÜMÜN DOKTORLARI