Qastroenterologiya - tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.
Klinikamızda mədə-bağırsaq sisteminin bütün xəstəlikləri təcrübəli həkim qastroenteroloq və hepatoloqlar tərəfindən müayinə və müalicə olunur:Qida borusu, mədə və 12 barmaq bağırsaq xəstəlikləri:
Qaraciyər xəstəlikləri:
Öd kisəsi və öd yolları xəstəlikləri:
Mədəaltı vəzi xəstəlikləri
Bağırsaq xəstəlikləri
Oksigen Klinik Xəstəxanasında həzm sistemi xəstəliklərinin dəqiq diaqnostikası üçün ən yeni tibbi avadanlıqlar və yüksək səviyyəli laborator imkanlar var.
- Ezofagit
- Reflyuks ezofagit
- Xroniki qastrit
- Duodenit
- Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi
- Mədə və 12 barmaq bağırsağın eroziyası
- Qastroezofagial reflyuks
- Diafraqmanın qida borusu dəliyinin yırtığı xəstəliyi
- Qaraciyərin piy hepatozu
- Qaraciyər sirrozu
- Müxtəlif etiologiyalı hepatit xəstəliyi (virus hepatitləri,alkoqol hepatiti və s )
- Öd daşı xəstəliyi
- Daşsız xolesistit
- Öd yollarının diskineziyaları
- Müxtəlif etiologiyalı pankreatitlər
- Enterit
- Xroniki kolit
- Disbakterioz
- Qəbizlik, bağırsaq diskineziyaları, meteorizm
- Endoskopik müayinələr (kolonoskopiya, ezofaqoqastroduedenoskopiya, siqmoskopiya və s)
- Rentgenoskopiya və rentgenoqrafiya
- Komputer tomoqrafiyası (üst və alt qarın boşluğu orqanlarının kontrast müayinəsi)
- Qarın boşluğu orqanlarının USM-i
- Qarın boşluğu damarlarının doppleroqrafiyası
- Mədə və bağırsağın selikli qişasının biopsiyası
- Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
- Mədə turşuluğunun təyini
- Helicobacteri pilory infeksiyasının müxtəlif metodlarla təyini ( ureaza ekspress test, helicobacteri pilory -yə qarşı qanda antitel təyini )
- Müxtəlif infeksiyaların diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
- B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda virus yüklənməsi də təyin edilir.
- Immunoloji, biokimyəvi, hormonal müayinələr
- Koproloji müayinə ( nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz )
- Qida həssaslığının təyini