012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Urologiya və Andrologiya

Urologiya - tibbin sidik-ifrazat sistemi xəstəlikləri ilə məşğul olan bir sahəsidir.
Andrologiya isə urologiyanın bir bölməsi olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, cinsi fəaliyyət zəifliyi, kişi sonsuzluğu və s.)
Oksigen Klinik Xəstəxanasında sidik-cinsiyyət sistemi xəstəlikləri və kişilərdə cinsi sferada olan bütün problemlərin müayinə və müalicəsi mütəxəssis həkimlər- uroloq və androloqlar tərəfindən uğurla aparılır:
  • qlomerulonefrit
  • kəskin və xroniki pielonefrit
  • kəskin və xroniki sistit
  • böyrəklərin və sidik kisəsinin daş xəstəliyi
  • kəskin və xroniki prostatit
  • prostat vəzinin xoş xassəli hiperplaziyaları
  • uretrit
  • erektil disfunksiya
  • kişi sonsuzluğu
  • cinsi fəaliyyət zəifliyi
  • varikosele
  • sidik-cinsiyyət sistemi infeksiyaları (qonoreya, trixomonoz, xlamidioz, qardnerella, ureoplazma, mikoplazma, HSV, HPV, CMV və s.)
  • yaşla əlaqədar androgen defisit (kişi klimaksı)
Klinikamızda uroloji və androloji xəstəliklərə dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator -diaqnostik baza fəaliyyət göstərir:
  • Laborator diaqnostika - kliniki müayinələr (sidiyin ümumi analizi, sidiyin bakterioloji müayinəsi, spermoqramma, uretral yaxmanın və prostat vəzi şirəsinin mikroskopiyası və s.), biokimyəvi, hormonal müayinələr, sidik-cinsiyyət sistemi infeksiyalarının PZR, İFA və İFR üsulları ilə diaqnostikası və s.
  • Transabdominal və transrektal ultrasəs müayinəsi, iri və xırda damarların doppleroqrafiyası
  • Urofloumetriya (sidik ifrazının keyfiyyətinin obyektiv müayinəsi)
  • Rentgen diaqnostika - ekskretor uroqrafiya, sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə aparılır)
  • Kompüter tomoqrafiya (KT)
  • Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi)
  • Prostat vəzinin incə iynə biopsiyası
  • Biopsiya materialının histoloji müayinəsi
BÖLÜMÜN DOKTORLARI