012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Uşaq cərrahiyyəsi

Yeni doğulmuş körpələrin cərrahiyyəsi və qazanılmış uşaq cərrahi xəstəlikləri.

Yeni doğulmuşlarda anadangəlmə qüsurlara aşağıdakılardır:
*Anadangəlmə qida borusu, ağcıyər qüsurları;
* Anadangəlmə atreziyalar-Mədə-bağırsaq sisteminin bağlı olması;
*Mədə-onikibarmaq bağırsağın anadangəlmə daralmaları olan körpələr;
*Uşaqlarda anusun inkişafdan qalması;
*Sidik yollarında qüsurların olması;
*Uşaqlarda anadangəlmə cinsiyyət üzvləri problemləri;

*Qız uşaqlarında vaginal atreziyalar və s;

* Oğlan uşaqlarında cinsiyyət üzvlərinin anadangəlmə qüsurları.

Bəzi hallarda sidik kisəsinin dəliyi xayaların, yumurta torbalarının arasında olur. Eləcə də dəliyin cinsiyyət üzvünün altında və ya üstündə olmasına da rast gəlinir. Bunlar Hipospadiya adlanır. (El arasında Peyğəmbər sünnəti).

Bundan başqa cinsiyyət üzvünün anadangəlmə əyri olması kimi qüsurlara da rast gəlirik.
Uşaq cərrahiyyəsində digər bir sahə -uşaq -endoskopik cərrahiyyəsidir. Bura bronxoskopiya, sistoskopiya, laporaskopiya, rektoskopiya daxildir.
Uşaq cərrahiyyəsinə kriptorxizmlər, yırtıqlar, ağciyər problemləri, o cümlədən ağciyər , qaraciyərin kistaları da daxildir.
Qeyd edək ki, uşaqlarda qaraciyərin exinokokk mənşəli kistaları olur ki, bunlar da ev heyvanları, xüsusən itlərin saxlandığı evlərdə, məkanlarda yaşayan uşaqlarda rast gələ bilir. Exinokokkun parazit törədən hüceyrələri itlərin gəzdiyi yerlərdə əmələ gələ bilir, klinikamızda laparaskopik əməliyyatla bütün növ kistalar aradan qaldırılır.
Həmçinin ağciyər kistalarını daha mütərəqqi üsul olan torakoskopik üsulla əməliyyat edilir.
Qarın boşluğunda apendisitlər, öd kisəsi, öd yollarında problemlər, qız uşaqlarında yetkinlik yaşlarında əmələ gələn kistaların götürülməsi və bu kimi qazanılmış xəstəliklər laparoskopik əməliyyatlarla müalicə edilir
.
Uşaq cərrahi xəstəliklərinə misal olaraq uz nahiyəsində damar mənşəli hemangiomaları da qeyd etsək,nəzərinizə çatdıraq ki,artıq dərmanla hemangiomalar yox edilir. Dərmanla bunlar 3-4 aya yox olub gedir. Körpənin üzünü əhatə edən böyük şişlər qurudulur.
Körpə uşaqlarda rast gəlinən kriptorxizm probleminin üzərində daha geniş durmaq lazımdır, çünki bu kimi hallar vaxtında müalicə edilmədikdə nəticə etibarı ilə təkcə uşağın doğulduğu ailənin deyil, ümumən cəmiyyətimizin sosial probleminə çevrilir.Yəni həmin uşaq gələcəkdə böyüyüb ailə qurduqdan sonra sonsuz ola bilər.
Kriptorxizm körpələrdə xayanın aşağıya, xayalığa düşməməsidir. Bundan başqa uşaqlarda anarxizm, yəni xayanın heç olmaması kimi patoloji problemə da rast gəlinir. (Sekil 4) Ümumiyyətlə ana bətnindəykən körpədə xaya ümumiyyətlə böyrəyin yanında inkişaf etməyə başlayır. Hamiləliyin 6-7-ci aylarında artıq kanala düşüb xaya torbasına doğru irəliləyir.7-8 aylığında xaya artıq torbada olmuş olur. Bəzən kanal dar olur,ya damar problemi ya da hormonlar ilə bağlı səbəbdən xaya xayalığa düşmür. Uşağın xayalığına əllə toxunduqda , xayaların qarın boşluğunda olması müşahidə olunur, demək o öz yerində deyil. Uşaq dünyaya gələndən sonra belə hal görüldükdə 6 aya qədər öz-özünə enmə prosesi gözlənilir. Uşağın 6 aylığından başlayaraq ,laporaskopik və mini invaziv mikrocərrahi üsulla xaya xayalığa endirilir.
Bəzən xayanın xayalıqda olmaması ikitərəfli olur. Bu ciddi bir nəticələrə səbəb olur. Xayaların qarın boşluğunda uzun illər qalmasına imkan vermək olmaz. Bu ən ağır patologiyalardan biridir.Yox əgər bir tərəfli olarsa uşaq yenə də gələcəkdə sonsuzluq problemi ilə üzləşməz. Hormon sintezi normal olar, körpə sahibi ola bilər. İkitərəfli olanda çalışılır ki, əvvəlcə bir tərəf aşağı salınsın, sonra digər tərəf. Əməliyyatı sırf peşəkarların icra etməsi vacibdir. Çünki burda uşağın gələcək taleyi həll edilmiş olur.
Ona görə valideynlərə tövsiyyə olunur ki, çox erkən yaşlarda oğlan uşaqlarını peşəkar uşaq cərrahlarında, uşaq uroloqlarında müayinə etdirsinlər. Düzgün diaqnoz qoyulsun və belə bir problem aşkarlanarsa vaxtında düzgün əməliyyat olunsun.
Uşaqlarda qəbizliklər də aktual mövzudur.
Qəbizliyin də cərrahi patologiyaları olur. Funksional qəbizliyi də uşaq cərrahları müalicə edir.Uşaqlarda funksional qəbizlik olanda bağırsaq genişlənə bilir. Bundan başqa anadangəlmə meqa colon (böyük bağırsaq) problemi də olur. Nəcis bağırsaqda yığılır və genişlənib torba kimi olur.Belə halları da biz fəsadsız əməliyyat edirik..
Ümumiyyətlə qəbizlik istər uşaqlarda, istərsə də gənc və yaşlı nəsildə ciddi narahatçılıqlara, hətta psixi pozuntulara da səbəb ola bilir. Bu problemlərin aradan qaldırmaq üçün həyat tərzinə diqqət yetirmək lazımdır.
Əvvəllki illərə nisbətən yeni doğulmuşlarda anadangəlmə patologiyalar artıb. Bunun da təbii öz səbəbləri var. Qidaların düzgün qəbul edilməməsi, radiasiyaların artması, valideynlərdə infeksion xəstəliklərin vaxtında müalicə edilməməsi (Ailə qurmadan əvvəl check up deyilən analizlərin aparılmaması, ailə quran cütlüklərin yoxlanılmaması, diaqnostikanın düzgün aparılmaması, gec ailə qurmaq problemi və s).

Son zamanlar gənclərdə müayinələrin aparılması bir qədər intensivləşsə də təəssüf ki, doğulan körpələrdə anadangəlmə qüsurlar, patologiyalar artıb.Ona görə də insanlar öz həyat tərzində dəyişikliklər etməli, eyni zamanda uşaqların böyümə prosesinə lazımınca diqqət yetirməli, onlarda baş verən davranışları, fizioloji prosesləri izləməlidirlər.
Uşaqlarda enurez yəni,sidik qaçırma problemi də ciddi və tez-tez rast gəlinən bir problemdir. Uşaq bəzən gecə, bəzənsə gündüz sidiyini qaçırır. Əslində bu uşaqda yanaşı gedən anadangəlmə qüsurlarla, sinir pozuntuları,sidik kisəsində yerləşən əzələlərlə və infeksiyalarla da əlaqədar ola bilər. Müalicə prosesində bu kimi səbəbləri araşdırıb tapılır və müvafiq tərzdə müalicə tədbirləri görulür. Enurezin müalicəsində həm cərrahi prosedurlardan, həm də medikamentozlardan istifadə edirik. Uşaqda anatomik problem olarsa müasir cərrahi texnikalar tətbiq edilir. Hər 5 uşaqdan 2-də enurez problemi ilə üzləşirik. Beləliklə hər 10 ailədən 6-7si bu problemlə qarşılaşır və ailə psixoloji narahatçılığa məruz qalır.

BÖLÜMÜN DOKTORLARI