012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Oftalmologiya


Stasionarın Oftalmologiya şöbəsin- də göz xəstəliklərinin cərrahi müalicəsi həyata keçirilir.
  • Uşaq və böyüklərdə çəpgöz- lüyün müayinəsi, müalicəsi və cərrahiyyə korreksiyası
  • Katarakta əməliyyatlarının ən son texnoloji cihazlar ilə Fakoemulsifikasiya üsulu ilə iynəsiz və tikişsiz olaraq həyata keçirilməsi
  • -Qlaukomanın (yüksək gözdaxili təzyiqin) medikamentoz (dərmanla), lazer ( SLT,Arqon Lazer və Nd:YAG Lazer) və cərrahiyyə müalicəsi
  • Keratoplastika əməliyyatı - korneanın (gözün şəffaf təbəqəsinin) köçürülməsi:
-kornea distrofiyaları
-kornea yaralanmalarından sonra
-kornea infeksiyaları
-kimyəvi yaralardan sonra
-keratokonus ( gözün şəffaf təbəqəsinin konuslaşması və nəticədə incəlməsi, düzənsiz-astiqmatizm və miopiyaya səbəb olan, görmədə zəiflik yaradan ilərləyən göz xəstəliyi )
  • Okuloplastika əməliyyatları:
-kosmetik qapaq cərrahiyyəsi
-göz qapağı düşüklüyü və rahatsızlığı
-göz qapağı törəmələri
-gözyaşı yolları xəstəlikləri və s.
  • Şəkərli diabet xəstələrində diabetik retinopatiyanın müalicəsi( Argon Lazer, göz içinə inyeksiyalar, vitrektomiya əməliyyatı)
  • Viteoretinal cərrahiyyə ( diabet, travma, infeksiya və b.) -göz içini dolduran jeləbənzər mayenin cərrahi olaraq çıxarılması və bioloji məhlul,hava,qaz və ya silikon qoyulması :
-Keçməyən göziçi qanaması
-Torlu qişanın qopması
-Proliferativ vitreoretinopatiya
-Vitreusa(göziçi jeləbənzə mayeyə) düşmüş büllyrun, göziçi linzanın və ya yad cismin çıxarılması
-Cərrahiyyə sonrası vitreusta yaranan iltihabi dəyişikləri zamanı aparılır

Şöbə goz xəstəliklərinin dəqiq diaqnostikası üçün ən son müasir müayinə aparatları ilə təchiz olunmuşdur.

  • Görmə itiliyinin və görmə qüsürlarının müayınəsi (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya) kompyuterlə- avtorefraktometrlə diaqnostika,eynək və kontakt linzaların təyin edilməsi)
  • Gözdaxili təzyiqin ölçülməsi- (non-kontakt və kontakt tonometriya)
  • Korneanın (gözün şəffaf təbəqəsinin) qalınlığının ölçülməsi- (paximetriya)
  • Görmə sahəsinin kompyuter perimetri ilə müayinəsi -(perimetriya)
  • Gözün ön siqment strukturlarının biomikroskopik müayinəsi -(göz qapaqları və kirpiklər, gözyaşı aparatı, konyunktiva, kornea,ön kamera, bəbək, iris, büllur)
  • Göz dibinin müxtəlif üsul və cihazlar ilə müayinəsi- (oftolmoskopiya, flüoressein angioqrafiya, OCT-optik koherent tomoqrafiya, gözün ultrasonoqrafiyası) :
-anadangəlmə və qazanılma görmə qüsurları və xəstəlikləri
-şəkərli diabet
-hipertoniya
-beyin törəmələri
-optik neyropatiyalar
-yaşabağlı makulodistrofiyalar ("sarı ləkə" xəstəliyi) və b.
  • Gözün selikli qişasından götürülmüş yaxmanın əkilməsi və antibiotiklərə həssaslığının təyin edilməsi


BÖLÜMÜN DOKTORLARI
Dr. Aynur Zöhrabova Oftalmologiya