Əhmədov Vüsal Nüslət oğlu 25.05.1985-ci ildə Qubadlı rayonunda anadan
olmuşdur. 1991-ci ildə Qubadlı rayonunun 1 saylı orta məktəbinə daxil
olmuş, 2002-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2002- ci ildə
Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə yüksək
balla qəbul olmuş və prezident təqaüdünə layiq görülmüşdür. 2008-ci ildə
Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2009-cu illərdə Türkiyə Respublikası İzmir şəhərində uzmanlıq
təhsili öncəsi hazırlıq keçmiş, 2009-cu ildə Ege Universiteti
Urologiya kafedrasında uzmanlıq təhsilinə başlamış, 2014-cü ildə nəzəri
və praktiki imtahandan müvəffəqiyyət əldə edərək uzman adını
qazanmışdır. Uzmanlıq təhsili müddətində endourologiya, andrologiya və
robotik cərrahiyyə üzrə nəzəri və praktik təcrübə əldə etmişdir. Onlarla
kurs və konqreslərdə məruzəçi və iştirakçı olaraq iştirak etmişdir. Bir
çox elmi məqalələrin müəllifidir.
Uroloq androloq uzman doktor
Vüsal Əhmədov 24.11.2014-cü il tarixindən etibarən Oksigen Klinik
Xəstəxanasında fəaliyyətini davam etdirir...