Həsənov Ruslan Hüseyn oğlu 12.05.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Xətai rayonunun 264 saylı orta məktəbinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2001- ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş və 2007-ci ildə bitirmişdir. 2008-2009-cu illərdə Türkiyə Respublikası İzmir şəhərində uzmanlıq təhsili öncəsi hazırlıq keçmiş, 2009-cu ildə Ege Universiteti Ümumi Cərrahiyyə kafedrasında uzmanlıq təhsilinə başlamış, 2015-ci ildə nəzəri və praktiki imtahandan müvəffəqiyyət əldə edərək uzman adını qazanmışdır.
Uzmanlıq təhsili müddətində endokrin cərrahiyyə, süd vəzisi cərrahiyyəsi, onkolojik cərrahiyyə və proktolojik cərrahiyyə üzrə nəzəri və praktik təcrübə əldə etmişdir. Onlarla kurs və konqreslərdə məruzəçi və iştirakçı olaraq iştirak etmişdir.