ilə edilən əməliyyatlardan sonra tez tez qarşılanılan əməliyyatdan sonrakı həftələrlə davam edən sidik yanğıları Holmium lazerdə mövcud deyil. əlavə olaraq HOLEP də toxuma çıxarıldığı üçün patoloji müayinə imkanı var, hansı ki, digər metodlarda bu mümkün deyil. Klinikamızda HOLEP əməliyyatlarında Lumenis VersaPulse PowerSuite (100 watt) cihazı istifadə edilməkdədir. Holmium lazer prostatektomiyanın (HOLEP) ın ustunlukləri:
• Hər boyuklukdə prostata tətbiq edilə bilməsi;
• Qanama olmaması və qan köçürməyə ehtiyacın olmaması;
• Qanama xəstəliyi olan, ya da qan durulducu dərmanlar qəbul edən xəstələrə tətbiq edilməsi;
• Daha az fəsadlar;
• Kateterdən daha qısa istifadə müddəti;
• Daha qısa xəstəxanada qalma müddəti;
• Daha surətli sağalma və nəticənin daha qısa muddətdə alınması;
• Xəstə üçün maliyyənin açıq əməliyyatda olanla təqribən eyni olması.