Hörmətli pasientlərimiz, nəzərinizə çatdırırıq ki, son günlər Ümum respublika səviyyəsində həyata keçirilən gigiyena və dezinfeksiya tədbirləri Oksigen Klinik xəstəxanasında ən yüksək səviyyədə həyata keçirilir. Bu barədə həm müalicə alan xəstələr, həm də ki, personal mütamadi olaraq maarifləndirilir.
Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən nəzərdə tutulan tədbirlər son ciddiyəti ilə Oksigen Klinik xəstəxanasında da tətbiq edilir və bu işlərə birbaşa rəhbərlik tərəfindən xüsusi nəzarət həyata keçirilir.
Hazırda Oksigen Klinik xəstəxanasında müalicə və müayinə üçün tam etibarlı və təhlükəsiz şərait təmin edilmişdir.