012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Fraksional Lazerlə üzün gəncləşdirilməsi,qırışların və ləkələrin aradan qaldırılması Oksigen Klinik Xəstəxanasında !!!

Oksigen Klinik Xəstəxanasında Fraksional Lazer !!!

Lazer texnologiyası dermatologiya və kosmetalogiya sahəsində baş verən son yeniliklərdəndir.
Fraksional Lazer dərinin problemli sahəsinə tətbiq edilir və bu zaman lazer dərinin həm üst(epidermis),həm də alt təbəqəsinə (dermis) təsir edərək epidermal toxumanı soymadan və zədələmədən dəridə mikrokanallar açır.Bu mikrokanalların ətrafındakı toxumalar saglam qaldıgından və heç bir termiki təsirə uğramadığından sürətlə sağalma prosesi gedir.Yaradılan bu kiçik yaralar (mikrokanallar) bədənin başqa yerlərindəki yaralar kimi yığılaraq sağalır və bu da dərinin üst təbəqəsindəki qırışlarin yox olmasına,sızanaq izlərinin itməsinə və s səbəb olur.
Fraksional Lazer tətbiqi üçün anesteziyaya olunmur,ağrısız prosesdir.Dərinin üst təbəqəsi zədələnmədiyindən pis sağalma riski xeyli azalır,dərinin infeksiyaya yoluxmaq riski isə demək olar ki olmur.Proseduradan sonra lazer tətbiq olunan sahədə yüngül qizartı və həssaslıq ola bilər.Bu isə 1-2 gün ərzində tamamilə aradan gedir.

Klinikamızda Fraksional Lazer vasitəsi ilə müalicə olunur
  • sızanaq izləri
  • əməliyyat izləri
  • kelloid toxumalar
  • yanıq izləri
  • üzün gəncləşdirilməsi
  • kəsik izləri (suisidal kəsik izləri məsələn,bilək nahiyəsində və s )
  • qırışların aradan qaldırılması
  • əlin gəncləşdirilməsi
  • ləkələrdə (günəş ləkəsi,hamiləlik ləkəsi,yaşlılıq ləkələri və s)
  • çatlarda (hamiləlik çatları)