012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

ENDOSKOPİK CƏRRAHİYYƏ

Endocərrahiyyə müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biridir. Endocərrahi əməliyyatlar xırda ölçülü kəsiklər vasitəsilə (5–10 mm) bədən boşluğuna xüsusi cərrahi instrumentləri daxil etməyə, miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın gedişini izləməyə və müxtəlif cərrahi manipulyasiyalar aparmağa (məsələn, öd kisəsinin, yumurtalıq kistasının xaric edilməsi və s.) imkan verir. İnsan orqanizminin anatomik olaraq hansı nahiyəsində əməliyyatların aparılmasından asılı olaraq endoskopik əməliyyatlar aşağıdakı qruplara bölünür: "Oksigen YTM”də endoskopik əməliyyatlar Almaniyanın "STORZ” firmasının istehsalı olan 4 LTRACİSİON HARMONİC SCAPLER aparatı vasitəsilə aparılır. Bundan əlavə Endoskopik uroloji əməliyyatlarda HOLMİUM LAZER, əməliyyatdaxili diaqnostikada isə THALES aparatından istifadə olunur. Oksigen klinikasında icra olunan endoskopik əməliyyatlar aşağıda qeyd olunub. 
• Diaqnostik laporoskopiya 
• Laporoskopik xolesistektomiya 
• Laporoskopik appendektomiya 
• Laporoskopik fundoplastika 
• Laporoskopik total histerektomiya 
• Laporoskopik hissəvi histerektomiya 
• Laporoskopik kistektomiya 
• Laporoskopik tubektomiya 
• Laporoskopik miomoektomiya 
• Endoskopik sistoureteroskopiya 
• Endoskopik litotripsiya 
• Endoskopik TUR 
• Endoskopik septoplastika 
• Endoskopik haymorotomiya 
• Endoskopik konxotomiya 
• Endoskopik septovazotomiya 
• Endoskopik polipotomiya 
• Endoskopik artroskopiya Endocərrahi əməliyyatların üstünlükləri: 
• Uzun ölçülü cərrahi kəsiklər əvəzinə (7–30 sm) diametri 0,5–1 sm olan 3–5 dəlikdən istifadə olunur. Buna görə də əməliyyatdan sonrakı ağrılar çox az olur, geniş ölçülü kəsik olmadığına görə çapıq izləri demək olar ki, bilinmir. 
• Endocərrahi əməliyyatlar zamanı istifadə olunan optika əməliyyat sahəsini bir neçə dəfə böyütməyə imkan verir, operasiya demək olar ki, mikrocərrahi səviyyədə aparılır, nəticədə daha az toxuma travmaya məruz qalır, qanaxma minimuma endirilir. 
• Adətən açıq cərrahi əməliyyatlar zamanı xüsusən də qarın boşluğu operasiyalarında ventral yırtıq tez-tez rast gəlinən ağırlaşmalardan biridir. Endocərrahi əməliyyatlardan sonra isə bu cür ağırlaşmalara rast gəlinmir. Endocərrahi əməliyyatlar zamanı daxili orqanların yad cisimlərlə (salfetka, cərrahın əlcəyi və s.) kontaktı olmur, bu isə əməliyyatdan sonrakı spaykaların əmələ gəlməsinin qarşısını alır. 
• Əməliyyatdan sonra xəstənin stasionarda qalma müddəti xeyli qısalmış olur. Belə xəstələri əməliyyatdan sonrakı ciddi yataq rejimi gözləmir. Bəzən xəstə əməliyyat olunduğu gün evə yazıla bilər. Əksər hallarda hospitalizasiya müddəti 2–3 gün təşkil edir.