012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Tibbi maskalardan düzgün istifadə qaydaları

Dünyanın hər nöqtəsində xəstəliyin yayılmasını mümkün qədər azaltmaq məqsədilə tibbi maskalardan istifadə olunur. Mövcud şərait son aylarda tibbi maskalara təlabatı artırıb. Xəstəliyin artmaması üçün taxdığımız bu maskaları doğru istifadə edirikmi?

Milyonlarla insanın mübarizə apardığı əsrin bəlalı virusu - karonavirusdan qorunmaq üçün müxtəlif tövsiyyələr var. Gigiyena qaydalarına əməl etməklə yanaşı tibbi masklardan da istifadə olunur. Təəssüflər olsun ki, bir çoxumuz maskanın istifadə qaydalarını bilmirik. Tibbi maskalar cərrahi və respirator olmaqla iki cürdür. Əczaçı deyir ki, cərrahi maskaların müddəti 2-3 saatdır.

Əczaçı deyir ki, maskanı çıxardıqdan dərhal sonra paketə qoyaraq atmaq lazımdır. Respirator maskalar cərrahi maskalara nisbətən istifadə müddəti daha çoxdur. Amma bu maskaları da çıxardıqdan sonra təkrar istifadə etmək düzgün deyil. Maskaları uzun müddət taxmaq tənəffüs sistemində problem yarada bilər.

Tibbi maskalardan istifadə qaydasına gəlincə:

Maskanı taxmadan öncə, əllərinizi sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin. Maskanın ağız və burnu tam olaraq örtdüyünə, üzünüzlə maska arasında boşluğun olmadığına əmin olun. Maskanı istifadə edərkən ona toxunmayın. Əgər toxunsanız əllərinizi sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin. Maska islanarsa təzəsi ilə dəyişin. Maskanın ön hissəsinə toxunmadan arxa tərəfdən çıxarmaq lazımdır. Dərhal paketə qoyaraq atdıqdan sonra əlləri sabun və su ilə yuyun və ya spirt ilə dezinfeksiya edin.

Qeyd edək ki, mütəxəssilər ancaq xəstə insanların və onları müalicə edən tibb işçilərinin respirator maska taxmasını tövsiyyə edir.