012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Bizi virusdan qoruyacaq şəxsi gigiyena qaydaları

Baş verən son anoloji hadisələr, dünyanı cənginə alan kəskin virus infeksiyaları ölkəmizdən də yan keçməməkdədir.
Bu hal əslində hər zaman əməl etməli olduğumuz şəxsi gigiyena qaydalarının önəmini bizlərə bir daha xatırlatdı. Bu qaydalara əməl etməklə özünüzün və ətrafınızdakı şəxslərin sağlamlığını qoruya bilərsiniz.

  • İctimai yerlərdə məsafənizi saxlayın.
  • Mümkün olan hər hansı bir şəkildə xəstə insanlarla yaxın təmasdan çəkinin.
  • Ən azı 20 saniyə əllərinizi axan su altında tez-tez yuyun.
  • Sabun və su olmadıqda, ən az 60% spirt ehtiva edən əl təmizləyici vasitədən istifadə edin. Bu, ictimai nəqliyyatdan istifadə etdikdən sonra xüsusilə vacibdir.
  • Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin.
  • Üzünüzü asqıran və öskürən zaman birdəfəlik salfet və ya qol ilə örtün.
  • Evdə və işdə tez-tez istifadə olunan əşyalar və səthləri, xüsusən də bir telefon, açarlar, eynəkləri yuyun və dezinfeksiya edin.
  • Evə gələrkən geyimlərinizi dərhal dəyişin.
  • Özünüzü pis hiss edirsinizsə, qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə evdə qalın və həkimə xəbərdarlıq edin.
  • Çiy və az bişmiş ət və ət məhsullarının istehlakından çəkinin.
  • İmmun sisteminizi gücləndirin. Bu məqsədlə düzgün və balanslıqidalanın. Mineral və vitamin tərkibli qidalara üstünlük verin. Geyimlərinizi havaya uyğun seçin.
  • Unutmayın ki, zəif immun sistemi viruslar üçün əlverişli mühitdir.
  • Qorxuya, panikaya düşmədən şəxsi gigiyena qaydalarına əməl etməklə bu dəhşətli virusa qalib gələ biləciyinizi unutmayın!

Ətraflı məlumat üçün:
(012) 906
(+994) 070 906 0 906
(+994) 055 471 5 555