012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

Rinoplastika

Rinoplastika - plastik cərrahiyədə ən çətin və yaradıcı əməliyyatlara aiddir və burunun əsasın yaradan sümüklərin və xəmirçəqlərin üzərində müxtəlif əməliyyatlatlar aparılaraq burunun xarici konturlarının dəyişdirilməsindən ibarətdir.
Rinoplastika həm estetik, həmdə müalicəvi- bərpa məqsədlərin daşıyır.
Burun əməliyyatlarında burun böyütmə, burun kiçiltmə, burun ucu düzəltmə, burun kürəyi bölgəsindəki qövslər düzəldilməsi, burundakı sümük əyriliyinin düzəldilməsi, burun dəliklərinin daraldılması, burunda yaşla bağlı yaranan dəyişikliklərin aradan qaldırılması , burun dəliklərinin və qanadlarının assimetriyasınin düzəldilməsi ,tənəffüsün bərpası və s. tətbiq edilir.
Burun estetiyi əməliyyatları ölkəmizdə ən sıx edilən cərrahi əməliyyatlardan biridir .. Həm kişilər həm də qadınlar tərəfindən istənilən və olduqca gözəl nəticələr verən bir əməliyyatdır.
Estetik mənasında gözə xoş gəlməyən və üz xəttləri ilə uyğun olmayan bir burun sahibi olan adamda özünə olan güvən baximindan qayğılar meydana gəlməyə başlayır .İkili əlaqələrin zəiflədiyi belə vəziyyətlərdə insan hər zaman qarşıdakı adamın onun burnuna baxdığını və ona gözəl görünmədiyini düşünür. Sosyal ətrafdan uzaqlaşır bu da adamda psixoloji olaraq problemlər yaradır.
Yaranan problemlər bir tək psixoloji aspektlərlə tamamlanmır , əksər hallarda burunun anatomik quruluşunda olan qüsurlar burunun funksiyonal fəaliyyətinə çox kəskin yansıyır.

Rinoplastikanın həyata keçirilməsi ilə bağlı qərar qəbul olunduğu halda burun tənəffüsünün pozulması dərəcəsini müəyyən etmək məqsədilə burun boşluğu da müayinə edilir.
Həkimlərimizin təcrübəsində üz quruluşu və burun formasının quruluşunun formalaşdırılması hallarında kompüterlə modelləşdirmə mütləq tətbiq olunur. Pasientlərimizin rinoplastikadan əvvəl fotoşəkilləri çəkilir və kompüterlə modelləşdirmədən sonra bir neçə fotoşəkil təqdim olunur ,hansıkılarda ki əldə oluna biləcək nəticələr təsvir olunur. Pasient həkimlərimiz köməyi ilə nəzərində tutduğu nəticəni seçir və əməliyyat günü təyin olunur.
Əməliyyatın keçirilməsi yolları fərdi olaraq seçilir. Əksər hallarda rinoplastika qapalı yolla - xarici dəri kəsilmələri olmadan (endonozal rinoplastika) həyata keçirilir. Bəzi hallarda rinoplastikada açıq yoldan istifadə edilir. Ağrısızlaşdırma da həmçinin fərdi olaraq seçilir, dərin müdaxilə ilə olan rinoplastika ümumi narkoz altında, səthi müdaxilə hallarında venadaxili yerli anesteziya altında həyata keçirilir. Anesteziyaya hazırlıq vaxtını nəzərə almadan estetik rinoplastika orta hesabla 1 saat, burun tənəffüsünü bərpa edən rinoplastika (rinoseptoplastika) orta hesabla 2 saat davam edir.
Əməliyyat müasir az travmatik metod və texnologiyalarla minimal kəsimlərlə həyata keçirilir, bu da sağalmanın və əməliyyatdan sonrakı bərpa dövrünün sürətlə keçməsinə imkan verir.
Rinoplastikanın həyata keçirildiyi hər bir halda cərrahlarımız üz harmoniyasına nail olmağa, ətrafdakılara həyata keçirilmiş əməliyyatı xatırlatmayacaq gözəl və təbii burun formasının yaradılmasına çalışır.