LİTOTRİPSİYA - sidik daşı xəstəliyinin cərrahi müdaxilə olmadan müalicə metodudur ki, bu metodun əsasını konkrementin insan bədənindən zərbə ilə keçən akustik dalğalar vasitəsilə parçalanması təşkil edir.
Böyrəklərdə, sidik axarında, sidik kisəsində olan daşların parçalanması xüsusi aparat - litotriptor vasitəsilə həyata keçirilir. Bu aparat zərbə dalğasını generasiya edərək onu nazik dəstə şəklində fokuslaşdırır, USM və ya rentgen müayinəsi vasitəsilə konkrementə doğru istiqamətləndirir.