012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Damar cərrahiyyəsi

Damar cərrahiyyəsi - tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsidir. Klinikamızda arteriya və venalar üzərində geniş spektrli cərrahi əməliyyatlar həyata keçirilir. Aortafemoral, iliofemoral və s. şuntların qoyulması, yalançı anevrizmaların (psevdoanevrizmaların) aradan qaldırılması, arteriovenoz fistulaların qoyulması, flebektomiya, seqmentar varikektomiya və s. əməliyyatlar bu qəbilədəndir. 

Arteriyaların şuntlanması, toxumaların qanla təchizatının pozulması ilə müşayiət olunan damar xəstəliklərində aparılır (ateroskleroz). Şuntlama əməliyyatı damarların zədələnmiş nahiyədən aşağı digər bir damarla əlaqənin yaradılmasıdır. Nəticədə zədələnmiş damarda qan dövranı bərpa edilir. Flebektomiya, seqmentar varikektomiya və s. kimi əməliyyatlar venaların varikoz genişlənməsi zamanı aparılır.

Şöbədə aşağıdakı əməliyyatlar həyata keçirilir:

Venoz damarların xəstəlikləri:
  • Oksigen Klinik Xəstəxanasında varikozların müalicəsi kompleks şəkildə aparılır. Skleroterapiyadan sonra ( köpük və dərmanla skleroterapiya) kiçik kalibrli damar ulduzcuqları (teleangioektaziyalar) lazer üsulu ilə ləğv olunur. Daha geniş kalibrli damarlarda flebektomiya əməliyyatı tətbiq olunur. Ən son üsulla endovazal lazer koaqulyasiyası həyata keçirilir. Daha agır varikozlarda açıq üsulla əməliyyat tətbiq olunur. Əməliyyat zamanı kiçik kəsiklərdən istifadə olunur, tikişlər plastik tikişlə tikilir, əməliyyat izi qalmır.
  • Dərin və dərialtı venalarda trombların çıxarılması
  • Yuxarı və aşağı boş venalardan trombların çıxarılması əməliyyatları
  • Venoz şuntların və protezlərin qoyulması
  • Trofik xoraların cərrahi və konservativ müalicəsi
  • Aşağı boş venada kavafiltrlərin yerleşdirilməsi
  • Limfostazların cərrahi və konservativ müalicəsi
Arterial damar xəstəlikləri:
  • Yuxarı və aşağı ətraf arteriyalarının trombektomiyası
  • Arteriyaların yamanması, şuntlanması
  • Arterio-venoz şuntların qoyulması
  • Körpücükaltı arteriyaların yamanması, şuntlanması
  • Aortada şuntlanma və protezləşdirmə əməliyyatları
  • Laylanan anevrizmanın cərrahi müalicəsi
  • Arteriyaların stenozu, okkluziyası, trombozunun konservativ və cərrahi müalicəsi
  • Diabetik angiopatiyaların müalicəsi
  • Trofik xoraların cərrahi və konservativ müalicəsi
  • Simpatikoektomiyalar (açıq və endoskopik üsulla)
  • Damar şişlərinin müalicəsi
  • Hemangiomaların cərrahi və lazerlə ləğvi
BÖLÜMÜN DOKTORLARI