012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
DOKTORLAR AXTARIŞ
AXTARIŞ
ANA SƏHİFƏ / BÖLÜMLƏRİMİZ /

Pediatriya

Pediatriya- tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. ( pediatriya yunan sözü olub paidos- uşaq, iatreia-müalicə deməkdir ).Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.

Oksigen Klinik Xəstəxanasında bütün uşaq xəstəliklərinin müayinə və müalicəsi hər pasientə fərdi yanaşılma prinsipi ilə, uşaqların anatom-fizioloji xüsusiyyətlərini nəzərə alınmaqla kompleks şəkildə uğurla aparılır. Klinikamızda ən geniş yayılmış infeksion xəstəliklərin (difteriya, göy öskürək, poliomielit , parotit,qızılca, məxmərək, su çiçəyi və s.) vaksinoprofilaktikası həyata keçirilir. Vaksinoprofilaktika hər hansı bir infeksion xəstəliyə tutulmağın qarşısını alır və ya daha yüngül formada keçirməyə zəmin yaradır.

Pediatriya Şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

  • Uşaqlarda fiziki inkişafdan qalma və artiq çəki problemləri
  • Raxit
  • Spazmofiliya
  • Distrofiyalar
  • Hipovitaminozlar
  • Hipervitaminozlar
  • Diatezlər
Həzm sistemi xəstəlikləri:
  • qastrit
  • mədə və 12 barmaq bağırsaq xorası
  • öd yolları diskineziyaları
  • xolesistit
  • pankreatit
  • kolit
  • enterit
  • helmintozlar
  • disbakterioz
Tənəffüs sistemi xəstəlikləri:
  • kəskin respirator xəstəliklər
  • bronxit
  • pnevmoniya
  • plevrit
  • bronxial astma, pollinoz və digər allergik problemlər
Birləşdirici toxuma xəstəlikləri:
  • revmatizm
  • revmatoid poliartrit
  • sistemli qırmızı qurd eşənəyi
  • dermatomiozit

  • düyünlü periarterit
İfrazat sistemi xəstəlikləri:
  • qlomerulonefrit
  • pieolnefri
  • nefrotik sindrom
Nevroloji problemlər:
  • uşaqlar və yeniyetmələrdə epilepsiya
  • epileptiform paroksizmlər
  • baş ağrıları, somnambulizm
  • tiklər, enurez
  • sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici
  • hiperaktivlik, diqqət zəifliyi sindromu
Klinikamızda uşaq xəstəliklərinin dəqiq diaqnostikası üçün yüksək keyfiyyətli, müasir tələblərə uyğun güclü diaqnostik-laborator baza vardır:
  • USM
  • EKQ
  • EEQ
  • Exo -kardioqrafiya
  • Neyrosonoqrafiya
  • Rentgen müayinəsi
  • Kompyuter tomoqrafiya
  • Endoskopik müayinələr
  • Qanın immunoloji, biokimyəvi, hormonal analizi
  • Koproloji müayinə ( nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz )
  • Müxtəlif infeksiyaların diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
  • Qida həssaslığının təyini və s
BÖLÜMÜN DOKTORLARI