012 906 təcili
yardım
070 906 0 906
055 471 5 555
ANA SƏHİFƏ / XƏBƏRLƏR

“Göz bölməsi” -gözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət göstərilməkdədir..

Oksigen Klinik Xəstəxananın "Göz bölməsi” -gözə özəl son texnoloji müayinə və müalicə cihazları ilə xidmət göstərilməkdədir.
- Görmə itiliyinin və görmə qüsürlarının (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya) kompyuterlə- avtorefraktometrlə diaqnostika,eynək və kontakt linzaların təyin edilməsi
- Gözdaxili təzyiqin ölçülməsi (non-kontakt və kontakt tonometriya)
- Korneanın (gözün şəffaf təbəqəsinin) qalınlığının ölçülməsi (paximetriya)
- Görmə sahəsinin kompyuter perimetri ilə müayinəsi (perimetriya)
- Gözün ön siqment strukturlarının (göz qapaqları və kirpiklər, gözyaşı aparatı, konyunktiva, kornea,ön kamera, bəbək, iris, büllur) biomikroskopik müayinəsi
- Göz dibinin müxtəlif üsul və cihazlar ilə müayinəsi (oftolmoskopiya, flüoressein angioqrafiya, OCT-optik koherent tomoqrafiya, gözün ultrasonoqrafiyası) :
  • anadangəlmə və qazanılma görmə qüsurları və xəstəlikləri
  • şəkərli diabet
  • hipertoniya
  • beyin törəmələri
  • optik neyropatiyalar
  • yaşabağlı makulodistrofiyalar ("sarı ləkə” xəstəliyi) və b.
- Yeni və erkəndoğulmuşlarda kornea xəstəlikləri,göz tənbəlliyi,göz tənbəlliyi,qlaukoma (yuksək göz təzyiqi), göz qapağı xəstəlikləri, göz sulanması, göz törəmələri, erkəndoğulmuşun retinopatiyası və s.kimi xəstəliklərin erkən diaqnostikası
- Uşaq və böyüklərdə çəpgözlüyün müayinəsi, müalicəsi və cərrahiyyə korreksiyası
- Katarakta əməliyyatlarının ən son texnoloji cihazlar ilə Fakoemulsifikasiya üsulu ilə iynəsiz və tikişsiz olaraq həyata keçirilməsi
- Qlaukomanın (yüksək gözdaxili təzyiqin) medikamentoz (dərmanla), lazer ( SLT,Arqon Lazer və Nd:YAG Lazer) və cərrahiyyə müalicəsi
- Keratoplastika əməliyyatı – korneanın (gözün şəffaf təbəqəsinin) köçürülməsi:
  • kornea distrofiyaları
  • kornea yaralanmalarından sonra
  • kornea infeksiyaları
  • kimyəvi yaralardan sonra
keratokonus (gözün şəffaf təbəqəsinin konuslaşması və nəticədə incəlməsi, düzənsiz astiqmatizm və miopiyaya səbəb olan,görmədə zəiflik yaradan ilərləyən göz xəstəliyi)
-Okuloplastika əməliyyatları : -kosmetik qapaq cərrahiyyəsi
  • göz qapağı düşüklüyü və rahatsızlığı
  • göz qapağı törəmələri
  • gözyaşı yolları xəstəlikləri və s.
-Şəkərli diabet xəstələrində diabetik retinopatiyanın müalicəsi( Argon Lazer, göz içinə inyeksiyalar, vitrektomiya əməliyyatı)
- Viteoretinal cərrahiyyə ( diabet, travma, infeksiya və b.) –göz içini dolduran jeləbənzər mayenin cərrahi olaraq çıxarılması və bioloji məhlul,hava,qaz və ya silikon qoyulması :
  • Keçməyən göziçi qanaması
  • Torlu qişanın qopması
  • Proliferativ vitreoretinopatiya
  • Vitreusa(göziçi jeləbənzə mayeyə) düşmüş büllyrun,göziçi linzanın və ya yad cismin çıxarılması
  • Cərrahiyyə sonrası vitreusta yaranan iltihabi dəyişikləri zamanı aparılır